Bir gündə 50 minə yaxın insan vaksinasiya olundu

ÖLKƏ
15:51 / 30.10.2021
1238

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 49799 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Hit.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 36837, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 12962 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 9617755, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5227329 , ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4390426 təşkil edir.

0