“Akademiya Geniev” təlim mərkəzi artıq Bakıda - FOTOLAR

10:37 / 01.11.2021
1064

Azərbaycanda cari ilin oktyabr ayından proqramlaşdırma və robototexnika sahəsində aparıcı beynəlxalq françayzinq modelində fəaliyyət göstərən “Akademiya Geniev” təlim kursları fəaliyyətə başlayıb.

Mərkəzdə Proqramlaşdırma və Robototexnika kurslarından başqa şahmat və rəsm kursları keçirilir.

Bununla yanaşı, yaxın aylarda data analitika kurslarının da təşkil olunması planlaşdırılır. Hazırda mərkəz bir neçə ölkədə 20-dən çox şəhərdə təmsil olunur və aktiv fəaliyyətdədir. 

Mərkəzin missiyası XXI əsrin rəqəmsal əsr olduğunu nəzərə alaraq uşaqların və yeniyetmələrin İT biliklərini artırmaq, mükəmməl proqramlaşdırma və robototexnika bacarıqlarına yiyələndirməkdir. Bu fəlsəfə əsasında gənclərin gələcək karyeralarında üstün bilik qabiliyyətinin formalaşmasına zəmin yaradacağına əminlik yaradır.

Qeyd edək ki, mərkəz Bakı şəhəri “Elmlər Akademiyası” metro stansiyasının yaxınlığında, Hüseyn Cavid küçəsi 78/81 ünvanında yerləşir.

Ətraflı məlumatı mərkəzin “Instagram” səhifəsindən əldə etmək mümkündür.

0