Azərbaycanda vurulan vaksinlərin ümumi sayı 10 milyona yaxınlaşır

ÖLKƏ
19:25 / 01.11.2021
1420

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 263 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Hit.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 202 , ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 61 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 661 131, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 258 620, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 402 511 təşkil edir.

0