Mehriban Əliyeva Şamaxıya səfərlə bağlı paylaşımlar edib

ÖLKƏ
23:43 / 01.11.2021
658

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqramdakı hesabında Prezident İlham Əliyevlə birlikdə Şamaxı rayonuna səfərlə bağlı paylaşımlar edib.

HİT.az xəbər verir ki, Birinci vitse-prezident yazıb:

"Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonunda səfərdə olublar".

Birinci vitse-prezident digər paylaşımlarda Şamaxıda “Azərişıq” ASC-nin Şimal-Qərb Regional SCADA İdarəetmə Mərkəzinin açılışı, Şamaxı şəhərində Gənclər Parkında görülmüş işlərlə tanışlıqdan, Şamaxı şəhər 7 saylı körpələr evi-uşaq bağçasının açılışından, Şamaxı şəhərində Yaradıcılıq Mərkəzinin istifadəyə verilməsindən bəhs edib.

0