Tofiq Bayramın oğlu koronavirusdan vəfat etdi

ÖLKƏ
10:03 / 02.11.2021
1413

Azərbaycanın mərhum şairi Tofiq Bayramın oğlu Cavanşir Bayramov vəfat edib.

Qaynarinfo xəbər verir ki, o, ötən gün koronavirusdan dünyasını dəyişib.

Qeyd edək ki, Cavanşir Bayramov Tofiq Bayramın ortancıl oğlu idi. Şairin böyük oğlu Zakir Bayramov isə 2004-cü ildə dünyasını dəyişib.

0