Özlərini QHT rəhbəri kimi təqdim edərək şirkətlərdən pul tələb edənlər saxlanıldı

ÖLKƏ
12:37 / 02.11.2021
1194

Özlərini Qeyri-Hökumət Təşkilatının (QHT) rəhbəri kimi təqdim edərək Zəfər Günündə orduya dəstək adıyla şirkətlərdən pul tələb edən şəxslər Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən müəyyən olunaraq polis idarəsinə gətirilib.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

DİN rəsmisi bildirib ki, hazırda araşdırmalar gedir. Əlavə məlumat veriləcək.

0