Amnistiya Aktı 15 minədək məhbusu əhatə edəcək

ÖLKƏ
17:50 / 02.11.2021
991

Amnistiya Aktı 15 minədək məhbusu əhatə edəcək. 

Hit.az məlumatına görə, bunu parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bu gün komitədə "8 Noyabr - Zəfər Günü münasibəti ilə Amnistiya Aktının elan edilməsi haqqında" qərar layihəsinin müzakirəsi zamanı deyib. Xatırladaq ki, ölkədə sonuncu dəfə amnistiya aktı 2016-cı ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 28 May – Respublika günü münasibətilə verilib. Həmin Amnistiya aktı 10 min şəxsi əhatə edib.

0