Peyvənd olunanların sayı açıqlandı

ÖLKƏ
18:57 / 02.11.2021
1185

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 47 133 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Hit.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 35 349, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 11 784 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 708 264, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 293 969, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 414 295 təşkil edir.

1