Prezidentin yaratdığı yeni quruma sədr əvəzi təyin olundu

ÖLKƏ
20:12 / 02.11.2021
1400

Bu ilin oktyabrın 7-də Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan "Dövlət Ehtiyatları Agentliyi”nin İdarə Heyətinə sədr əvəzi təyin olunub.

Hit.az Qaynarinfo-a istinadn xəbər verir ki, Dövlət Ehtiyatları Agentliyinin sədr əvəzi vəzifəsinə Nicat Əliyev gətirilib. 

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə bu ilin oktyabrın 7-də Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi ləğv edilib. Qurumun bazasında Dövlət Ehtiyatları Agentliyi publik hüquqi şəxs yaradılıb. Dövlət Taxıl Fondu bu il oktyabrın 7-də yaradılmış Dövlət Ehtiyatları Agentliyinin sərəncamına verilib.

0