Bakıda qaçırıldığı iddia olunan 14 yaşlı qız tapıldı

ÖLKƏ
23:05 / 02.11.2021
1619

Bakıda qaçırıldığı iddia olunan yeniyetmə qız tapılıb.

Bu barədə HİT.az-a Xəzər Rayon 3-cü polis Polis Şöbəsindən məlumat əldə edib. Bildirilib ki, noyabrın 2-də itkin düşmüş 2007-ci il təfəllüdlü yeniyetmə M.N. polis şöbəsinin əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib. 

Qeyd edək ki, yeniyetmənin qaçırılması barədə xəbər yayılmışdı. İddialara görə, hadisə Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində baş verib. Yeniyetmənin qaçırılması ilə bağlı DİN-ə məlumat daxil olub, dərhal axtarışlar başlayıb.

0