Meyxanaçı Namiq Qaraçuxurlunun anasının səhhəti pisləşib.
HİT.az xəbər verir ki, bu barədə sənətçi İnstaqram səhifəsində məlumat verib. O, əməliyyat üçün İrana getdiyini bildirib:
"Ərdəbildəyəm, lakin gəlişimin səbəbi konsert deyil. Anamı həkimə gətirmişəm. Hazırda müayinədədir, əməliyyat olunacaq. Sevginizlə birlikdə dualarınıza da ehtiyacım var".