Nazirlikdən hava xəbərdarlığı

ÖLKƏ
10:21 / 03.11.2021
1592

Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində hava şəraitinin dəyişəcəyi haqqında xəbərdarlıq yayıb. 

HİT.az xəbər verir ki, noyabrın 3-ü gündüzdən 5-dək Azərbaycan rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.

Bəzi yerlərdə leysan xarakterli olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Çaylarda sululuğun artacağı ehtimal olunur.

0