Məktəblər bağlanacaq? - Nazirlikdən MÜHÜM AÇIQLAMA

ÖLKƏ
21:00 / 03.11.2021
1640

"Azərbaycanda fəaliyyət göstərən məktəblərdə koronavirusla əlaqədar kritik vəziyyət yoxdur. Ona görə də bu gün məktəblərin ümumilikdə distant tədrisə keçidi gündəmdə deyil".

Bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir əvəzi Orxan Abbasov deyib.

Onun sözlərinə görə, əgər məktəblərin bağlanması barədə hər hansı qərar olsa, bu barədə ictimaiyyətə əvvəldən məlumat veriləcək: "Bu günə olan məlumatlar vəziyyətin gərgin olduğunu göstərmir".

1
Report