Polis iş başında ağır vəziyyətdə aşkarlandı - Xəstəxanaya yerləşdirildi

ÖLKƏ
11:28 / 04.11.2021
1458

İsmayıllı rayonunda polis əməkdaşı zəhərlənib.

Hit.az  APA-a istinadən xəbər verir ki, Mühafizə Polisinin əməkdaşı Elvin Abbaslı İsmayıllı Tarix-Diyarşünaslıq muzeyində xidmətdə olarkən yaxınları tərəfindən ağır vəziyyətdə aşkar edilib.

Onun sirkə turşundan zəhərləndiyi ehtimal olunur. Polis əməkdaşı ağır vəziyyətdə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

1