Tovuz rayonunda yük maşınlarının toqquşması nəticəsində yol qəzası baş verib.
BAKU.WS-in yerli bürosunun verdiyi məlumata görə, hadisə Qazax-Bakı avtomobil yolunun 435-ci km-də qeydə alınıb.
Eyni şirkətə məxsus iki "Mercedes Atego" markalı yük avtomobili toqquşub.
Nəticədə Sumqayıt şəhər sakini 1986-cı il təvəllüdlü Şabanov Vidadi Vaqif oğlu avtomobildə sıxılı vəziyyətdə qalaraq xəsarət alıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb.






