Restoranlara tətbiq edilən bu məhdudiyyət götürülə bilər

ÖLKƏ
19:36 / 04.11.2021
2338

“Yeni il bayramında restoranların gecə saat 12-yə qədər işləməsi ilə bağlı məhdudiyyət aradan qaldırıla bilər”.

HİT.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib. Ş. Mövsümovun sözlərinə görə, ola bilər ki, bu məsələyə xüsusi günlərdə, məsələn, Yeni il ərəfəsində baxılsın: “Yəni, məhdudiyyət götürülməsə belə, bu, hansısa günlərdə xüsusi istisna hal kimi nəzərdə tutula bilər”.

0