Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətində kadr təyinatı baş tutub.
Manset.az-ın əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun müvafiq əmri ilə Əli Zeynalzadə və Pərviz Ağayev Sədərək Rayon İcra Hakimiyyəti başçısına müavin təyin edilib.
Müavin vəzifəsinə təyin edilən Əli Zeynalzadə bundan əvvəl Sədərək Rayon İcra Hakimiyyətində şöbə müdiri, Pərviz Ağayev isə rayonun "Dəmirçi" kəndində müəllim vəzifəsində çalışıb.
Qeyd edək ki, Sədərək Rayon İcra Hakimiyyətinə bir neçə həftə bundan əvvəl təyin edilən qadın icra başçısı Mahirə Adnayevə Muxtar Respublika tarixində ilk qadın icra başçısıdır.