Hacıbala Abutalıbovun səhhətində problem – Almaniyaya aparıldı

ÖLKƏ
13:38 / 06.11.2021
1459

Bakı şəhər İcra Hakimiyyətinin başçısı və Baş nazirin müavini vəzifələrində çalışmış Hacıbala Abutalıbovun səhhətində problem yaranıb.

Qaynarinfo-nun məlumatına görə, H.Abutalıbov səhhətində yaranan problemə görə, Almaniyaya aparılıb. 

Məsələ ilə bağlı Qaynarinfo H.Abutalıbovla əlaqə saxlayıb və o, Almaniyada müalicə olunmaq üçün getdiyini təsdiqləyib: "Səhhətimlə bağlı Almaniyada müayinələrə gəlmişəm. Şükürlər olsun ki, indi hər şey yaxşıdır. Yaxın günlərdə Bakıya qayıdacam”. 

0