BDU-nun professoru vəfat etdi (FOTO)

ÖLKƏ
12:30 / 09.11.2021
1218

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının professoru Nizami Qasım oğlu Xəlilov vəfat edib.

BDU-dan Qaynarinfo-ya verilən məlumata görə, professor 72 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, N.Xəlilov 1973-cü ildən BDU-da pedaqoji fəaliyyətə başlayıb. 2003-cü ildən BDU-nun Filologiya fakültəsində elmi işlər və magistratura üzrə dekan müavini, 2015-ci ildən BDU-nun Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının professoru olub.

Müxtəlif illərdə bir çox Beynəlxalq elmi konfranslarda iştirak edib.

0