Zəfər Günü şəhid övladları ilə birlikdə qeyd edildi (FOTOLAR)

ÖLKƏ
15:08 / 09.11.2021
1140

Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi Zəfər Gününü Vətən müharibəsi zamanı şəhid olan hərbçilərin övladları ilə birlikdə qeyd edib. 

Hit.az xəbər verir ki, bayram tədbiri "New Baku Hotel”də baş tutub. 

Tədbiri giriş sözü ilə Birliyin sədri Sevinc Fədai açıb. Dövlət Himni səsləndirilib və vətən uğrunda canından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. 

Daha sonra Sevinc Fədai çıxış edərək 44 günlük Vətən müharibəsində qazanılan qələbəni şərtləndirən ordumuzun rəşadəti, xalqımızın orduya olan böyük sevgisi və ehtiramı, milli birlikdən söz açıb. O bildirib ki, biz bu birliyi qorumalı və elə şəhid əmanətlərini – balalarını da birlikdə böyütməli, yetişdirməliyik. 
Ardınca tədbirdə iştirak edən yazıçı, jurnalist İlqar Rəsul çıxışında qeyd edib ki, cəmiyyət olaraq şəhid ailələrinin ən böyük sayğıya layiq olduğunu anlamalı və onlara qarşı daim bu münasibəti sərgiləməliyik. O, həmçinin deyib ki, şəhid ailələri bədbin əhval-ruhiyyədən uzaq olmalıdırlar. 

Sonra çıxış üçün söz alan "New Baku Hotel”in direktoru Ceyhun Aşırov torpaqlarımızı azad edən, bizə qələbə bəxş edən qəhrəmanların ailələri qarşısında dayanmağın, danışmağın şərəf olduğunu söyləyib. 

Birliyin üzvü, ibtidai sinif müəllimi Mətanət Həsənova isə çıxışında Vətən müharibəsi dövründə əsgər anası kimi yaşadığı hisslərdən söz açıb.

Daha sonra şəhid övladları vətənpərvər şeirlər söyləyib, onlar üçün təşkil olunan şou proqramda və viktorinalarda iştirak edib, əyləniblər. 
 
Onlara "Ecojoy"un zəka inkişaf etdirən oyuncaqları və digər hədiyyələr verilib 

Qeyd edək ki, tədbir BOS Şelf MMC-nin və Həmkarlar İttifaqının dəstəyi ilə keçirilib.

0