Abşeronda DƏHŞƏT: Küləyin qopardığı dam örtüyü kişinin qarnını deşdi

ÖLKƏ
09:45 / 11.11.2021
1124

Güclü külək nəticəsində qopan dam örtüyü Abşeron sakininin qarnını deşib.

Unikal.org xəbər verir ki, hadisə Güzdək qəsəbəsində baş verib. Belə ki, 1994-cü il təvəllüdlü Rahib Nehmətov 1 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib. Bildirilir ki, R.Nehmətov küçədə gəzərkən güclü külək nəticəsində evdən qopan dam örtüyünün bir parçası onun qarnına batıb. Yaralı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

0