Azərbaycanda tələbə vəfat etdi

ÖLKƏ
10:15 / 12.11.2021
1720

Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin tələbəsi vəfat edib.

Kollecin tələbəsi 2006-cı il təvəllüdlü Ağaxan Musayev vəfat edib. O kollecin simli alətlər fakültəsinin birinci kurs tələbəsi olub.

Kollecdən tələbənin vəfatı ilə bağlı məlumatı Oxu.Az-a təsdiq ediblər. Ailəsindən onlara verilən məlumata əsasən, həkimlər tələbənin tromb səbəbindən vəfat etdiyini deyiblər.

0