Daxili İşlər Nazirliyi (DİN) Oğuz rayonunda polis əməkdaşının öldüyü yol qəzası ilə bağlı məlumat yayıb.
DİN-in Mətbuat Xidmətindən Hit.az-a bildirilib ki, noyabrın 12-də saat 4 radələrində şəhəri ərazisində Şamxal Seyidəliyev idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə müxtəlif bədən xəsarətləri alan sürücü xəstəxanaya aparılarkən yolda ölüb, sərnişini İ.Səfərovun vəziyyəti orta-ağırdır. Oğuz Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
***14:33
Oğuz rayonunda baş verən yol qəzasında ölən və yaralanan şəxslərin polis əməkdaşı olduğu məlum olub.
"Report"un əldə etdiyi məlumata görə, qəzada ölən 1995-ci il təvəllüdlü Şamxal Seyidəliyevdir, xəsarət alan isə 1998-ci il təvəllüdlü İbrahim Səfərovdur.
Onlar Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarıdır.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Mənsimov "Report"a faktı təsdiqləyib.