Postumuza qumbara atan erməni terrorçunu sülhməramlılar belə tutdu - VİDEO

ÖLKƏ
10:46 / 13.11.2021
1933

Daşaltı kəndi yaxınlığında Azərbaycan hərbçilərinin olduğu posta hücum edən və hərbçilərimizin blok-postuna RQD-5 əl qumbarası atan erməni terrorçunu rusiyalı sülhməramlılar tutublar.

Xatırladaq ki, bu gün səhər saatlarında Şuşanın yaxınlığında ermənilər daha bir insident törədiblər. Noyabrın 8-də diversiya cəhdi zamanı həlak olmuş Martik Eremyanın qardaşı Azərbaycan hərbçilərinin blok-postuna taksidə yaxınlaşıb və ora əl qumbarası atıb.

Bu hadisədən sonra Xankəndi-Laçın yolunu bağlanıb. Hazırda əraziyə heç kim buraxılmır.

Olayın təfərrüatları hələlik bəlli deyil.

1