Ötən ay yanan “Metro City” sökülür - VİDEO

ÖLKƏ
10:50 / 13.11.2021
1277

Oktaybrın 16-da səhər saatlarında yanaraq məhv olan “Metro City” ticarət mərkəzi sökülür.

HİT.az Qafqazinfo-ya istinadən xəbər verir ki, artıq ərazi lövhələrlə bağlanılıb və obyektlərin yerləşdiyi yerə xüsusi texnika cəlb edilib. Yanğından geriyə qalan divarlar və ticarət mərkəzinə bitişik obyektlərin söküntüsünə başlanılıb.

Ticarət mərkəzinin sahibi Seyran adlı şəxs söküntü barədə danışmaqdan imtina edib.

Məlumata görə, sahibkarlara bildirilib ki, sökülən mağazaların yerində ikimərtəbəli ticarət mərkəzi tikiləcək.

Yanğında onmillərlə malları yanan sahibkarlara isə hələ ki, hər hansı təzminat ödənilməyib.

0