İritonnajlı yük maşını yandı

ÖLKƏ
23:20 / 13.11.2021
1544

“Qaya Neqliyyat” MMC-yə məxsus iritonnajlı yük avtomobilində yanğın baş verib.

"Qafqazinfo"nun məlumatına görə, yangın hadisəsi axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Zaqatala rayonu Əliabad qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Naxçıvan şəhər sakini 1969-cu il təvəllüdlü Səfərov Arif Qasım oğlunun idarə etdiyi “Mercedes” markalı iritonnajlı yük avtomobili ilə hərəkətdə olarən, avtomobilin arxa təkərində yanğın baş verib. Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Müafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğınınsöndürənlərin səyi nəticəsində yangının genişlənməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

0