İtkin düşən 13 yaşlı məktəbli tapıldı (YENİLƏNİB)

ÖLKƏ
23:51 / 13.11.2021
1099

Sumqayıt şəhərində itkin düşən 13 yaşlı Quliyev Elcan Elmar oğlu Bakı şəhəri, Səbail rayonunun Bulvar ərazisində polis tərəfindən tapılıb.

Hit.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

Onun sözlərinə görə, hazırda yeniyetmə Sumqayıt şəhərinə aparılır, ailəsinə təhvil veriləcək.
 
23:06
 
İtkin düşən Elcan Quliyev tapılıb.
 
Onun Bakı bulvarı ərazisindən tapıldığı qeyd olunur.
 
21:35
 
Sumqayıtda 13 yaşlı məktəbli itkin düşüb.

"Qafqazinfo” xəbər verir ki, şəhərin 12-ci mikrorayon ərazisində yaşayan Elcan Quliyev repetitor yanına getmək üçün evdən çıxıb. Ancaq müəllimi zəng edərək Elcanın dərsə gəlmədiyini bildirib.
 
Anasının dəfələrlə zəngindən sonra onun mobil telefonu 48-ci məhəllə ərazisində ağaclığın yanından tapılıb.

Evdən çıxarkən Elcanın əynində qara gödəkcə, qara şalvar, qəhvəyi çantası olub. Onu görən şəxslərdən polisə məlumat vermələri və ya (070) 422-91-94 əlaqə nömrəsinə zəng etmələri xahiş olunur.

0