Ölkəmizdə fəaliyyət göstərən çox sayda aptekdə civəli termometr tapmaq mümkün deyil.
Hit.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq bir neçə aptekdən bildiriblər ki, termometrlər ümumiyyətlə gəlmir, gələndə də məhdud sayda gəlir. Əczaçılar deyir ki, bunun səbəbini özləri də bilmirlər.
Məsələ ilə bağlı Trend-ə Səhiyyə Nazirliyindən bildirdilər ki, apteklərin çoxu özəl müəssisələrdir.
Belə ki, apteklərin təminatına Səhiyyə Nazirliyi baxmır.