Ombudsman hərbçilərin pensiyası ilə bağlı məhkəməyə müraciət etdi

ÖLKƏ
12:59 / 15.11.2021
576

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

Hit.az xəbər verir ki, iclasda Azərbaycan Konstitusiyasının 130-cu maddəsinin VII hissəsinə və "Konstitusiya Məhkəməsi haqqında” qanunun 7.1-ci maddəsinə əsasən, "Əmək pensiyaları haqqında” qanunun 9.6-cı maddəsinin Konstitusiyaya uyğunluğunun yoxlanılması ilə bağlı İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) sorğusuna baxılaraq Plenumun icraata qəbul olunması haqqında qərardad çıxarılıb.

Sorğuya mahiyyəti üzrə tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun dekabrın 7-nə təyin edilmiş iclasında baxılacaq.a

0