Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Qubadlı ərazisində Azərbaycan postları qurulub.
HİT.az xəbər verir ki, REAL TV Gorus-Qafan yolunun Azərbaycanın Qubadlı rayonunun Eyvazlı kəndindən keçən hissəsindən süjet hazırlayıb.
Gorus-Qafan yolu arasında hərəkət edən bütün avtomobillər məhz Azərbaycanın hüquq-mühafizə orqanlarının, eləcə də, sərhəd xidmətinin nəzarətindən keçməklə bu yolla hərəkət edə bilir.
İrandan ola sürücülərin Gorus-Qafan yolundan istifadə edərkən Azərbaycan nəzarət-buraxılış məntəqəsində yoxlanışdan keçirlər.
İrandan İrəvana gedən iranlı sürücülər Azərbaycan nəzarət buraxılış məntəqəsindən razılığını bildirib.
Daha ətraflı süjetdə: