"Bu, gözlənilən idi, amma deyilən rəqəm bir az da çox ola bilərdi”.
Bunu Qaynarinfo-ya açıqlamasında hüquq müdafiəçisi Günel Səfərova Dövlət Statistika Komitəsinin 2021-ci ilin 12892 boşanma halının qeydə alınması ilə bağlı məlumatına aydınlıq gətirərkən deyib.
Onun sözlərinə görə: "Pandemiya ilə əlaqədar toyların keçirilməsinə qadağa qoyuldu. Görünür, boşanmaların qarşısını bir az bu alıb. Çünki bəzən elə olub ki, boşanmaların sayı 16 mini keçib”.
Günel Səfərova hesab edir ki, artıq boşanma probleminin qarşısını almaq üçün görüləcək tədbirlər çarə deyil:
"Türkiyədə evlənənlərlə bağlı yeni bir qayda qoydular. Yeni evlənəcək cütlüklər üçün tibbi arayışla kifayətlənmirlər, eləcə də psixoloji vəziyyətlərinin normal olması ilə bağlı arayış tələb olunur. Bu, həm məişət zorakılığını aradan qaldırır, həm də boşanmaların sayının azalması üçündür. Azərbaycanda da boşanmaların səbəblərinə baxanda bütün məhkəmə işlərində belə bir cümlə keçir ki, şiddətli keçimsizlik var, bir-birimizi anlamırıq və s.".
Qeyd edək ki, Dövlət Statistika Komitəsi bu il Azərbaycanda qeydə alınan nikah və boşanma hallarının sayını açıqlayıb. Komitədən bildirilib ki, 2021-ci ilin yanvar-sentyabr aylarında qeydiyyat şöbələri tərəfindən 41067 nikaha daxilolma, 12892 boşanma halları qeydə alınıb.