Azərbaycan-Ermənistan sərhəddində son vəziyyət: Döyüşlər davam edir

ÖLKƏ
15:05 / 16.11.2021
1688

Ermənistan tərəfinin törətdiyi təxribata cavab olaraq qarşı tərəfə məxsus tank əleyhinə qurğu və minaatan məhv edilib.

Bu barədə HİT.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sərhəddə vəziyyət gərgin olaraq qalmaqdadır, hazırda döyüş əməliyyatları davam edir.

Müdafiə Nazirliyi sərhəddəki vəziyyətlə bağlı ictimaiyyəti mütəmadi olaraq məlumatlandıracaq.

0