Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 015 yeni yoluxma faktı qeydə alınıb, 2 178 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan HİT.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 31 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 563 940 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 525 838 nəfər müalicə olunaraq sağalıb, 7 502 nəfər vəfat edib. 30 600 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 035, bu günə qədər isə ümumilikdə 5 380 154 test icra olunub.
Son sutkada koronavirus (COVID-19) əleyhinə 39 287 vaksin vurulub.
Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 992, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9 625, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 23 670 1 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 132 050, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 028 482, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 490 360, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 613 208 təşkil edir.