Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə noyabrın 15-də saat 2 radələrində Lökbatan qəsəbəsi ərazisində 2 nəfərin Abşeron rayon sakini S.Səlimli döyərək 1725 manat pulunu və mobil telefonunu almaları barədə məlumat daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Yevlax rayon sakini N.Nəsirov saxlanılıb, digər bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.
Araşdırma aparılır.