Şəhid Natiq Əliyev Gəncədə dəfn edildi  - FOTO/VİDEO/YENİLƏNİB

ÖLKƏ
17:01 / 17.11.2021
3095

Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Natiq Əliyev dəfn edilib.

HİT.az-ın Report-a istinadən məlumatına görə, Natiq Əliyev Gəncə şəhərində Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
 
Qeyd edək ki, Natiq Əliyev noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olub.
 
Natiq Əliyev ailəli olub, 1 övladı var.

Allah rəhmət eləsin!

****

 

Xəbər  verdiyimiz  kimi, Azərbaycan Ordusunun hərbi qulluqçusu kiçik çavuş Natiq Əliyev Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olub.

HİT.az  xəbər verir ki,  şəhidimizin nəşi  doğulduğu Gəncə şəhərinə gətirilib.  Bildirək ki, Natiq Əliyev Gəncə şəhər Şəhidlər xiyabanında dəfn ediləcək.

 

2