Vilayət Eyvazov Bayram Səfərovun oğluna yüksək vəzifə verdi

ÖLKƏ
13:33 / 19.11.2021
2875

Daxili İşlər orqanlarında yeni təyinat olub.

Hit.az Lent.az-a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Xəlil Bayram oğlu Səfərov "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin mühafizə şöbəsinə rəis təyin edilib.

Qeyd edək ki, Xəlil Səfərov Şuşa rayon icra hakimiyyətinin başçısı Bayram Səfərovun oğludur.

O, bundan əvvəl Baş Mühafizə İdarəsinin mühafizə hissə rəisi vəzifəsində çalışıb.

0