Bu nazirlikdə şöbələrin adı dəyişdirildi

15:31 / 19.11.2021
2211

Mədəniyyət naziri Anar Kərimov rəhbərliyi etdiyi qurumda bir sıra islahatlar aparıb. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, nazirliyin Aparatının struktur bölməsi olan Dövlət qulluğu və kadr məsələləri şöbəsinin yerində İnsan kapitalının idarə edilməsi şöbəsi, Hüquq və daxili nəzarət şöbəsinin yerində iki şöbə - Hüquq şöbəsi və Daxili nəzarət və audit şöbəsi, Maliyyə və uçot şöbəsinin yerində isə İqtisadiyyat və maliyyə şöbəsi yaradılıb. 

İslahatların nazirliyin digər şöbələrinə də şamil ediləcəyi istisna edilmir.

0