Göyçayda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hit.az xəbər verir ki, hadisə Göyçay-Ucar avtomobil yolunun Xəlitli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "Vaz 2107", "Vaz 2106" və "Mercedes ateko" markalı avtomobillər toqquşub.
Qəza nəticəsində 1 nəfər ölüb, bir nəfər isə xəsarət alıb. Hadisə ilə bağlı araşdırma aparılır.


