Xoşqədəm bu tarixdə efirə qayıdır, Zaurun verilişi isə...

ÖLKƏ
09:38 / 21.11.2021
2541

Aparıcı Xoşqədəm Hidayətqızının efirə çıxacağı tarix bəlli olub.

Aparıcının "Səni axtarıram" proqramı noyabrın 22-də, həftənin bazar ertəsi ARB telekanalında efirə gedəcək.

Xoşqədəm saat 16:00-da tamaşaçı qarşısına çıxacaq.

Qeyd edək ki, bu günə qədər aparıcı Zaur Kamalın "Həmin Zaur" verilişi saat 16:30-da efirə gedirdi. Zaur bildirib ki, proqramının vaxtı dəyişdirilib. Aparıcı növbəti həftədən saat 20:50-də tamaşaçı qarşısına çıxacaq.

0