\"Bandotdel\" məşhur gecə klubunda ƏMƏLİYYAT KEÇİRDİ: Saxlanılanlar var - VİDEO

12:40 / 23.11.2021
1603

Bakının Yasamal rayonunda polis onlarla şəxsi saxlayıb.

Hit.az APA-ya istinadən xəbər verir ki, Yasamal rayonu Tbilisi prospektində yerləşən "1033” klubuna Yasamal Rayon Polis İdarəsinin əməkdaşları daxil olub.

Müştərilərin əksəriyyətinin vaksin olunmadığı aşkarlanıb. Məhz buna görə də iaşə obyektinin rəhbərliyi, o cümlədən müştərilər saxlanılaraq 27-ci Polis Bölməsinə aparılıb.

Onlara müvafiq olaraq protokol tərtib olunub.

0