Azərbaycanda polis qəzaya düşüb öldü - DİN-dən AÇIQLAMA

ÖLKƏ
09:36 / 24.11.2021
1197

Bu gün – noyabrın 24-də saat 07 30 radələrində Gəncə şəhər Regioal Mühafizə İdarəsində mülki mühafizə xidməti üzrə mühafizəçi Emin Əliyev xidmətdə olarkən idarə etdiyi “Fiat Albella” markalı avtomobillə Gəncə şəhərində hərəkətdə olarkən idarəetməni itirərək həmin küçədə yerləşən mağazalardan birinə çırpılıb.

DİN Mətbuat Xidmətindən "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, nəticədə avtomobildə olan polis baş serjantı Renat Əliyev aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən həyatını itirib, sürücü E.Əliyev isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Gəncə BPİ-də araşdırma aparılır.

0