Vətən müharibəsinin həkim qəhrəmanı vəfat etdi

ÖLKƏ
13:48 / 24.11.2021
2123

Azərbaycanlı tanınmış neyrocərrah vəfat edib. 

Hit.az xəbər verir ki, hərbi həkim uzman neyrocərrah Azər Əkbərov 42 yaşında dünyasını dəyişib.  Məlumata görə, 42 yaşlı həkim onkoloji xəstəlikdən əziyyət çəkirmiş.

Həkim son olaraq 2015-ci ildən işə başladığı Respublika Diaqnostika Mərkəzində həkim-neyrocərrah vəzifəsində çalışırdı.

Qeyd edək ki, A.Əkbərov 1996-2002-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib. 2004-2005-ci illərdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında cərrahiyyə ixtisası üzrə ilkin ixtisaslaşma kursu keçib. 2014-cü ildə Gülhanə Hərbi Tibb Akademiyasında uzmanlıq təhsilini başa vurub.

Azər Əkbərov 44 günlük Vətən Müharibəsində hərbi həkim kimi fəaliyyət göstərib.

2