Bakıda avtomobil aşdı - FOTO

ÖLKƏ
18:22 / 24.11.2021
818

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un xəbərinə görə, hadisə Xətai rayonunda Natiq Əliyev küçəsi ilə Mehdi Mehdizadə küçəsinin kəsişməsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Hyundai” markalı avtomobilin sürücüsü idarəetməni itirərək maşını aşırıb. Nəticədə nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

0