Nizami küçəsindəki ağac gündəm oldu - VİDEO

ÖLKƏ
18:56 / 24.11.2021
843

Paytaxtın mərkəzində, Nizami küçəsindəki ağac sosial şəbəkələrdə gündəm olub. Ağacın görüntüləri paylaşılaraq onun külək səbəbindən əyildiyi bildirildi və qeyd edildi ki, ağac hər an aşa bilər. 

Baku TV-nin araşdırması zamanı aşkara çıxıb ki, ağac güclü küləkdən sonra deyil, əvvəldən əyri olub.

Çəkiliş zamanı ərazidə olan aidiyyəti qurumların əməkdaşlarının isə ağaca görə yox, Nizami küçəsindəki eyvanları rəngləmək üçün burada olduğu məlum olub.

0