ÖLKƏ
09:16 / 27.11.2021
2310

Psixoloqların qiymətləri: 1 seans 100 AZN - ARAŞDIRMA

Günümüzdə psixoloqlara marağın artması, qəbul qiyməti və seanslardan da yan ötüşməyib.

Biz də Hit.az olaraq tanınmış bir neçə psixoloqun qəbul və seans qiymətini sizin üçün öyrəndik. 

İlk olaraq, hamı tərəfindən tanınan fenomen psixoloq Samirə Bağırovadan danışaq. Samirə xanımın 1 seansının qiyməti 100 AZN, onlayn seans isə böyüklərlə 120 AZN, yeniyetmələrlə isə 80 AZN 

Psixoloq Narınc Rüstəmovanın qəbul qiyməti 80 AZN-dir və bunun üçün 2-3 gün əvvəlcədən qeydiyyata düşmək lazımdır. 

Vəfa Əkbərin 1 seansının qiyməti 50 AZN-dir və seans müddəti 1 saatdır. 

Videoları ilə tanınan psixoloq Qalib Dursunun onlayn seansının qiyməti 50 AZN-dir, və nevrozdan qısa müddətdə sağalmağa qaranti verir. 

Psixoloq Elnur Rüstəmovun 1 seansı 50 AZN-dir, psixoloji diaqnostika isə 30 AZN, bunun üçün 1-2 gün öncədən qəbula yazılmalısınız. 

Elmir İsgəndərovun seansları isə həftədə yalnız bir dəfə olur, 45 dəqiqə seansın qiyməti 50 AZN 

Musa Melaie qəbul qiyməti uşaqlar üçün 40 AZN, böyüklər üçün 50 AZN, seanslar isə uşaqlar üçün 20 AZN, böyüklər üçün 25 AZN.

Tanınmış psixoloq Elmir Əkbərin qəbulu 45 dəqiqəsi 70 AZN, 70 dəqiqəsi isə 95 AZN-dir.

Klinik psixoloq Roza Kazımlının qəbulu 60 AZN, 1 seansa görə isə 50 AZN ödəməli olacaqsız.

1