KT müayinə uşaqlar üçün zərərlidirmi?

ÖLKƏ
23:50 / 29.11.2021
949

Son zamanlar kompüter tomoqrafiyasının (KT) istifadəsi uşaqlar üçün də geniş tətbiq edilir. KT uşaqlarda bəzi xəstəliklərin diaqnostikasında və təqibində, bəzi travmatik və ya qeyri-travmatik hallarda həyat xilas edə bilir.

Tədqiqatlar göstərir ki, uşaqlar böyüklərdən fərqli olaraq KT-yə daha həssasdırlar. KT müayinəsindən sonra uşaqlarda xərçəng inkişaf riskini qiymətləndirən tədqiqatlar leykemiya və beyin şişləri ilə radiasiya dozası arasında birbaşa əlaqə olduğunu göstərir.

Uzman radioloq Esra Çay uşaqlara KT təyinatının riskləri barədə açıqlama verib.

"Son illərdə KT texnologiyasındakı əhəmiyyətli inkişaflar sayəsində bütün yaş qruplarında, böyüklərdə və ya uşaqlarda çox daha aşağı rentgen dozalarında daha keyfiyyətli görüntülər əldə edilə bilinir.

Bundan əlavə, cihaz texnologiyasının inkişafı uşaqlara böyüklərdən fərqli protokollarla çəkiliş aparmağa imkan verir və beləliklə, uşaqların məruz qalmasını daha da azaldır.

Hazırkı müasir KT cihazlarına uşaqların çəkisinə və anatomik strukturlarına uyğun olaraq avtomatik olaraq aşağı dozaları çatdıran "avtomatik doza nəzarəti" sistemi kimi sistemlər daxildir.

KT-dən əvvəl bunlara diqqət yetirmək vacibdir:

Kliniki zərurət olduqda KT müayinəsi aparılmalıdır.

Radiasiya dozası uşağın yaşı və çəkisi nəzərə alınmaqla ən aşağı dozaya uyğunlaşdırılmalıdır.

Müayinə yalnız müayinə edilməli olan sahə ilə məhdudlaşmalıdır.

Birdən çox müayinədən qaçınılmalıdır.

Çəkiliş çox zəruri olmadıqca bir mərhələdə aparılmalı və lazımsız təkrarlardan qaçınılmalıdır.

Mümkünsə, alternativ diaqnostik üsullardan (ultrasəs, rezonans görüntüləmə) istifadə edilməlidir". /medicina.az

0