Abşeron rayonunda döyülmə hadisəsi baş verib.
Hit.az-ın Report-a istinadən məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.
Belə ki, 1943- cü il təvəllüdlü Mədinə Cavad qızı Məmmədova və onun nəvəsi, 1998-ci il təvəllüdlü Emil Emilağa oğlu Hüseynli qonşusu tərəfindən döyülüb.
Hər iki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Fakt araşdırılır.