Qəzada ölən şəxs deputatın bacısı oğlu imiş - FOTO

ÖLKƏ
09:58 / 02.12.2021
1358

Xəbər verdiyimiz kimi, ötən gün Hacıqabulda VAZ-2107 markalı avtomobil Şirvan sakini, 1991-ci il təvəllüdlü Cəfərov Şəhriyar Cəfərağa oğlunu vurub.

Ağır kəllə-beyin travması alan 30 yaşlı keçmiş polis əməkdaşı aldığı xəsarətlərdən Şirvan xəstəxanasına çatdırılandan bir-neçə dəqiqə sonra ölüb.

Hit.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Ş. Cəfərov Milli Məclisin deputatı İltizam Yusifovun bacısı oğludur.

1