Biz Ermənistana sülh danışıqları ilə bağlı təklif vermişik”.
Hit.az xəbər verir ki, bunu Azərbaycan XİN rəhbərinin müavini Elnur Məmmədov “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlıq Forumunda deyib. “Biz gələcəyə baxmalıyıq”, - nazir müavini vurğulayıb. O, qaçqın və məcburi köçkünlərin sayına görə Azərbaycanın birinci yerdə olduğunu xatırladıb.
E. Məmmədov Azərbaycanda digər dinlərin nümayəndələrinə qarşı yaxşı münasibətin olduğunu da diqqətə çatdırıb.