Bu gün bu ərazilərdə QAZ OLMAYACAQ

ÖLKƏ
08:02 / 03.12.2021
1380

Zaqatala rayonunun bir hissəsində qaz təchizatında fasilə yaranacaq.

“Azəriqaz” İB-dən HİT.az-a daxil olan məlumata görə, “Qaz İxrac” İdarəsinə məxsus “Zaqatala” QPS-də quraşdırılmış qaz qızdırıcı sobanın texnoloji hissəyə birləşdirilməsi ilə bağlı 03.12.2021-ci il tarixdə saat 09:00-dan işlər başa çatanadək “Zaqatala” QPS-dən qaz təchizatı dayandırılacaq.

Təmir müddətində Zaqatala şəhəri və rayonun 10 kəndinin qaz təchizatında fasilə yaranacaq.

0